[b]“APASPORT” 8 yaşında![/b]
05.03.2015 - 00:00
[b]“APASPORT” 8 yaşında![/b]

Bu gün “Apasport” İdman Agentliyinin yaranmasından 8 il ötür. “APA Holding”ə daxil olan “Apasport” müstəqil Azərbaycanın ilk idman agentliyi kimi 2007-ci ildə fəaliyyətə başlayıb.

 

“Apasport” Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin “ən yaxşı idman agentliyi” seçilib.

 

“Apasport” Azərbaycan və dünya idmanının bütün sahələrini əhatə edən operativ xəbərlər yaymaqla yanaşı, idman ictimaiyyətinin maraqlı simalarından eksklüziv müsahibələr hazırlayır, müxtəlif sahələrdəki problemlərlə bağlı araşdırmalar aparır.

 

Saytda önəmli turnirlərdən və maraqlı tədbirlərdən geniş yazılar, birbaşa reportajlar, video görüntülər, fotosessiyalar yerləşdirilir. Xeyli sayda abunəçisi olan apasport.az saytının gündə iki dəfə hazırladığı bülleten Azərbaycan və rus dillərində nazirliklərə, idman qurumları və komandalarına, telekanallara, qəzetlərə və digər ünvanlara çatdırılır.

 

“Apasport” Azərbaycanın ev sahibliyi etdiyi bir çox yarışlarda informasiya dəstəyi olur. Agentlik Azərbaycan futbol komandalarının oyunlarını və təlim-məşq toplanışlarını izləmək üçün mütəmadi olaraq əməkdaşlarını ezam edir.

 

Hazırda agentlik Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının operativ və hərtərəfli işıqlandırılmasını qarşısına məqsəd qoyub.

 

0