[b]Qurbanov “Hayduk”da debüt etdi, komandası yarımfinala yüksəldi! [/b]
05.03.2015 - 00:41
[b]Qurbanov “Hayduk”da debüt etdi, komandası yarımfinala yüksəldi! [/b]

Xorvatiya kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu, müqavilə ilə “Neftçi”yə məxsus olan Ruslan Qurbanovun icarə əsasında çıxış etdiyi "Hayduk" evdə “Vinoqradar"la qarşılaşıb.

 

İlk matçda səfərdə rəqibini 0:3 hesabı ilə məğlub edən Split təmsilçisi doğma azarkeşləri önündə yenə eyni nəticə ilə qalib gələrək, yarımfinalına vəsiqə qazanıb.

 

Oyunda debüt edən Ruslan Qurbanov 46-cı dəqiqədə meydana daxil olub.

 

Qeyd edək ki, "Hayduk" iki oyunun nəticəsinə görə Xorvatiya Kubokunun yarımfinalına vəsiqə qazanıb.

0