“Fənərbaxça” da qalib gəldi
05.03.2015 - 01:01
“Fənərbaxça” da qalib gəldi

Türkiyə kubokunda 1/4 final mərhləsinin ilk oyunları çərçivəsində növbəti görüşlər keçirilib. Apasport.az saytının məlumatına görə, bu dəfə 2 qrşılaşma baş tutub.

 

“Bursaspor” öz meydanında “Gənclərbirliyi”ni sınağa çəkib. Hərəyə 1 qol vuran komandalar meydanda “sülh bağlayıb” - 1:1.

 

“Fənərbaxça” isə səfərdə “Mersin İdmayurdu” ilə üz-üzə gəlib. Qarşılaşmada İstanbul nəhəngi 1:2 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, ötən gün “Qalatasaray” evdə “Manisaspor”u 4:0 hesabı ilə məğlub edib. Bu gün isə "Kayserispor" öz meydanında "Sivasspor"u qəbul edəcək.

 

 

Türkiyə kuboku

1/4  final, ilk oyunlar

"Bursaspor" - "Gənclərbirliyi"- 1:1

"Mersin İdmanyurdu" - "Fənərbaxça"- 1:2

0