[b]Rasim Ramaldanov: Özüm də oyunumdan razı deyiləm[/b]
05.03.2015 - 11:59
[b]Rasim Ramaldanov: Özüm də oyunumdan razı deyiləm[/b]

“İnter”lə oyun bizim üçün ağır keçdi. İstəyirdik ki, səfərdə qol vuraq və üstünlük əldə edək. Ancaq alınmadı. Əvəzində rəqib qapımızdan iki top keçirdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun futbolçusu Rasim Ramaldanov deyib.

 

Ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşləri çərçivəsində “İnter”ə 0:2 hesablı məğlubiyyəti şərh edən müdafiəçi bəxtsizlikdən gileylənib. Ramaldanov yarımfinala adlamaq şanslarının hələ bitmədiyini vurğulayıb: “Cavab matçı daha ağır keçəcək. Əlimizdən gələni edəcəyik. Düzdü, ilk görüşdə 0:2 hesabı ilə uduzduq. Amma hər şey öz əlimizdədi. “İnter”lə ilk oyunda özümüzü heç də pis göstərmədik. Qol imkanları əldə etsək də, onları dəyərləndirə bilmədik. Bəxtimiz gətirmədi. Lənkərandakı oyunda ən azı 2 qol vurmalıyıq ki, matçı əlavə vaxta daşıyaq. Bunun üçün əlimizdən gələni edəcəyik. Təcrübəli və gənc futbolçularımız var. Daha çox hücumameyilli oynayırıq. Ümidimiz ancaq kubokadı”.

 

Ramaldanov əvvəlki formasını tezliklə bərpa edəcəyinə inandığını bildirib: “Şükür Allaha, iştirak etdiyim oyunlarda kobud səhvlərim olmayıb. Ola bilsin, əvvəlki kimi oynamıram. Amma bu, zədə ilə bağlıdı. Zədələndiyim üçün uzun müddət məşqlərdən kənarda qaldım. Özüm də oyunumdan tam razı deyiləm. Çalışacam ki, daha çox məşq edib, əvvəlki formamı bərpa edim”. 

 

0