[b]“Simurq” “Qəbələ” ilə cavab oyununa itki ilə çıxacaq[/b]
05.03.2015 - 12:09
[b]“Simurq” “Qəbələ” ilə cavab oyununa itki ilə çıxacaq[/b]

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşlərindən sonra cəzalı duruma düşən futbolçu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, keçirilən 4 qarşılaşma yalnız bir oyunçunun cəzalanması ilə nəticələnib.

 

Qəbələdə eyniadlı komanda ilə görüşən “Simurq”un yarımmüdafiəçisi Samir Zərgərov martın 13-də baş tutacaq cavab matçını buraxmalı olacaq. Buna səbəb onun səfər görüşündə sarı vərəqə almasıdı. 20-ci dəqiqədə xəbərdarlıq alan Zərgərov mövsümün kubok oyunlarında ikinci dəfə belə cəzalandığı üçün qarşıdakı oyunu buraxacaq.

 

Belə ki, yarımmüdafiəçi 2014-cü il dekabrın 3-də 1/8 finalın “Rəvan”la matçında da “sarı” görmüşdü. Həmin qarşılaşmanın 24-cü dəqiqəsində qaydanı pozan Zərgərov komandası mərhələ adlasa, yarımfinalda meydana çıxmaq imkanı qazanacaq.

0