Ronaldo təkzib etdi: Bütün bunlar şayiədi
05.03.2015 - 13:51
Ronaldo təkzib etdi: Bütün bunlar şayiədi

Braziliya yığmasının sabiq üzvü, əfsanəvi futbolçu Ronaldo haqqında yayılan xəbəri təkzib edib. Apasport.az saytının məlumatına görə, o, karyerasını bərpa edəcəyi, ABŞ-ın “Fort-Loderdeyl Straykers” klubuna keçəcəyi ilə bağlı söz-söhbətlərə aydınlıq gətirib.

 

“Fenomen” ləqəbli keçmiş hücumçu bildirib ki, bu məlumat həqiqəti əks etdirmir: “Mənim futbola qayıdışımdan danışırlar. Bu barədə “Twitter”də də müzakirələr gedir. Ancaq bütün bunlar reallıqdan uzaqdı, şayiədən başqa bir şey deyil. Karyeranı yenidən bərpa etmək üçün gərək yaxşı formada olasan. Mən bu kluba kömək etməyə hazıram. Amma indiki vəziyyətdə bundan söhbət gedə bilməz”.

 

Qeyd edək ki, “Kruzeyro”, “PSV Eyndhoven”, “Barselona”, “İnter”, “Real”, “Milan” və “Korintians” klublarının formasını geyinmiş Ronaldo karyerasını 2011-ci ildə rəsmən bitirib.  

0