[b]Mətbuat Şurasının sədri “Apasport”a təbrik məktubu ünvanlayıb[/b]
05.03.2015 - 14:36
[b]Mətbuat Şurasının sədri “Apasport”a təbrik məktubu ünvanlayıb[/b]

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Apasport”a təbrik məktubu ünvanlayıb. Apasport.az saytının məlumatına görə, təbrikdə deyilir: “Azərbaycanda yeni media ənənələrinin təşəkkülü idman jurnalistikasının da onlayn yayımçılığa keçidini zərurətə çevirdi. Bu prosesdə mühüm rola malik nümunələrdən biri də “Apasport.az” saytı oldu. Bu sayt jurnalistikamızın təməl prinsiplərinə hörmət, axtarışlar və tapıntılarla dolu yaradıcı insanların kollektivi kimi püxtələşdi, idmanın etibarlı təbliğat vasitəsinə çevrildi.

 

İdman ölkəsi olan Azərbaycanda sahə ilə bağlı hadisə və proseslərin dinamikliyi baş verənlərə daha operativ şəkildə reaksiya verilməsini günün tələbinə çevirib. Mövcud xüsusda formalaşmış rəqabət mühitinin şərtlərini qarşılayaraq ayaqda qalmaq hər kütləvi informasiya vasitəsinə müyəssər olmur. “Apasport.az” cəmi 8 il içərisində nəinki ayaqda qalmağı bacardı, eyni zamanda onlayn idman jurnalistikasında özünəməxsus dəst-xətt yaratmağa müvəffəq oldu. Hazırda isə o, respublikamızda olimpiya hərəkatının inkişafını, misilsiz uğurlarını yüksək peşəkarlıqla işıqlandıran nümunəvi kütləvi informasiya vasitəsi kimi idman ictimaiyyətinin, eləcə də çoxsaylı oxucuların sevimlisidir.

 

“Apasport.az”ın 8 illiyi ölkəmizin I Avropa Olimpiya Oyunları ilə nəfəs aldığı 2015-ci ilə təsadüf edir. Saytın yaradıcı kollektivinə bu böyük idman marafonunda Azərbaycan idmançılarının saysız zəfərlərinin müjdəçisi olmağı arzulayıram.

 

Uğurlarınız bol olsun, əziz həmkarlar, Sizi təbrik edirəm. 8 yaşınız mübarək!”

 

0