Muarem Muarem “Xəzər Lənkəran”a qarşı oynaya biləcəkmi?
05.03.2015 - 16:47
Muarem Muarem “Xəzər Lənkəran”a qarşı oynaya biləcəkmi?

Ölkə kubokunun 1/4 final mərhələsinin “Bakı” ilə keçirilən ilk oyununda zədələnən “Qarabağ”ın futbolçusu Muarem Muaremin durumuna aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, makedoniyalı yarımmüdafiəçinin zədəsi ciddi deyil.

 

Bu məlumatı əməkdaşımızla söhbətində Ağdam klubunun mətbuat xidmətindən də təsdiqləyiblər. Tibbi müayinədən keçən Muaremin zədəsinin ciddi olmadığı üzə çıxıb. Bu isə o deməkdi ki, təcrübəli futbolçu həftəsonu “Xəzər Lənkəran”la keçiriləcək çempionat görüşündə komandasına kömək edə biləcək. Baş məşqçi Qurban Qurbanovun hər ehtimala qarşı ona əsas heyətdə şans verməyəcəyi istisna edilmir. Amma futbolçunun “Xəzər Lənkəran”la matçda iştirakı üçün heç bir problem yoxdu.

 

Qeyd edək ki, “Bakı” ilə oyunun ikinci hissəsində zədələnən Muarem 69-cu dəqiqədə Danilo Diasla əvəzlənib.  

0