"Trabzonspor”un sabiq baş məşqçisinin işsiz günləri başa çatdı
05.03.2015 - 20:31
"Trabzonspor”un sabiq baş məşqçisinin işsiz günləri başa çatdı

Yaponiya millisinin yeni baş məşqçisinin bəlli olub. Apasport.az saytının məlumatına görə, Asiya təmsilçisi “Trabzonspor”un sabiq çalışdırıcısı Vahid Halilhodziçə tapşırılıb.

 

Təcrübəli bosniyalı mütəxəssis Xavyer Aqirreni əvəzləyib. Asiya kubokunda uğursuz çıxışdan sonra Yaponiya Futbol Federasiyası Aqirreni komandadan göndərib.

 

Qeyd edək ki, Halilhodziç ötən il Braziliyada keçirilən dünya çempionatında Əlcəzair yığmasına rəhbərlik edirdi. Afrika təmsilçisi mundialın 1/4 finalına qədər irəliləyib. Daha sonra isə “Trabzonspor”un “sükanı arxası”na keçən 62 yaşlı bosniyalı Türkiyə klubunda uğursuzluqla üzləşib.

0