[b]Turində 156-cı duel[/b]
05.03.2015 - 21:21
[b]Turində 156-cı duel[/b]

Bu gün İtaliya kubokunun ilk yarımfinal oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, doğma azarkeşləri önündə “Fiorentina”nı qonaq edəcək “Yuventus” rəqibi ilə 156-cı dəfə münasibətlərinə aydınlıq gətirib.

 

Bu qarşılaşmaların 71-ində “Qoca Sinyora” qələbə qazanıb. 32 görüşdə Florensiya təmsilçisi sevinib. 52 oyunda isə komandalar meydanı heç-heçə ilə tərk edib. Bu komandalar arasında son matç ötən ilin 5 dekabrında keçirilib və oyun 0:0 hesabı ilə başa çatıb.

 

Qeyd edək ki, İtaliya kubokunun 1/4 final mərhələsində “Yuventus” “Parma”ya 1:0, “Fiorentina” isə “Roma”ya 2:0 hesabı ilə qalib gələrək, yarımfinala adlayıb.

 

Xatırladaq ki, Turinin "Yuventus" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

0