Suares və Torres “Enfild Roud”a qayıdacaq
05.03.2015 - 22:10
Suares və Torres “Enfild Roud”a qayıdacaq

“Liverpul”un “Enfild Roud” stadionunda xeyriyyə matçı keçiriləcək. Apasport.az saytının məlumatına görə, komandaların heyətlərini Stiven Cerrard və Ceymi Karrager müəyyən edəcək.

 

Bir komandanın kapitanı Cerrard, digərinin isə Karrager olacaq. “Liverpul” xeyriyyə fondu tərəfindən təşkil ediləcək oyunda “qırmızılar”ın sabiq hücumçuları, hazırda “Barselona”da forma geyinən Luis Suares və “Atletiko”nun forvardı Fernando Torres də meydana çıxacaq.

 

Bundan başqa, Dirk Kuyt, Pepe Reyna, Xabi Alonso, Tyerri Anri, Con Terri və Didye Droqba da heyətə daxil ediləcək. Matçda "Liverpul" futbolçuları da oynayacaqlar. Lakin milli komandalara cəlb edilməyən və klub akademiyasının bəzi oyunçuları forma şansı qazanacaq. Hər iki komandanın baş məşqçiləri yaxın günlərdə bəlli olacaq.

 

Tədbirdən qazanılan vəsait isə “Liverpul” fondunun ictimai proqramının maliyyələşdirilməsinə və müalicə təşkilatlarının dəstəyinə veriləcək.

 

Qeyd edək ki, qarşılşama martın 29-da baş tutacaq. 

0