La Liqada fevral ayının ən yaxşı baş məşqçisi bəlli oldu
05.03.2015 - 22:37
La Liqada fevral ayının ən yaxşı baş məşqçisi bəlli oldu

İspaniya La Liqasında fevral ayının ən yaxşı baş məşqçisi açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu, “Valensiya”nı çalışdıran Nunu Espiritu Santudu.

 

2014-cü ilin yayından “yarasalar”a rəhbərlik edən portuqaliyalı mütəxəssisin qələbə seriyası fevralın 2-dən sonra başlayıb. Belə ki, “Valensiya” sözügedən ayın əvvəlində La Liqada “Malaqa”ya uduzsa da, ardıcıl olaraq, “Espanol”u, “Xetafe”ni, “Kordoba”nı və “Real Sosyedad”ı məğlub etməyi bacarıb.

 

41 yaşlı çalışdırıcının bu uğurlu çıxışından sonra komanda Çempionlar Liqasına çıxarmaq üçün əla şans əldə edib. Hazırda “Valensiya”nın aktivində 53 xal var və İspaniya klubu turnir cədvəlinin 4-cü sırasında qərarlaşır.

0