[b]Nigeriya klubuna silahlı basqın edildi: 5 futbolçu yaralandı[/b]
06.03.2015 - 01:57
[b]Nigeriya klubuna silahlı basqın edildi: 5 futbolçu yaralandı[/b]

Nigeriya çempionatının son qalibi “Kano Pillars” klubunun avtobusuna silahlı basqın edilib. Apasport.az saytının məlumatına görə, bir qrup azarkeş tərəfindən edilən silahlı hücumda 5 futbolçu yaralanıb.

 

Sabah “Heartland”la səfər matçında qarşılaşacaq “Kano Pillars” Abaidən Overri şəhərinə gedərkən, soyğunçuların hücumuna məruz qalıb. 18-i futbolçu və 25 nəfərlik avtobusda komandanın üzlərindən Qambo Məhəmməd, Reyben Oqbonaya, Eneyi Otekpa, Murtala Adamu ve Ubonq Ekpai güllə yarası alıb.

 

Hadisədən sonra Nigeriya Futbol Federasiyası qarşılaşmanı təxirə salıb.

0