Millimizin rəqibi itki ilə üzləşdi
06.03.2015 - 09:01
Millimizin rəqibi itki ilə üzləşdi

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Ukrayna yığması itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, martın 18-21-də Bakıda keçiriləcək qrup oyunlarında Azərbaycan, Danimarka və Belçika ilə mübarizə aparacaq Aleksandr Kosenkonun yetirmələri arasında Pyotr Şoturma olmayacaq

 

Buna onun məşq zamanı zədələnməsi səbəb olub. 3 həftə buraxmalı olan futzalçı Bakıdakı turnirdən kənar qalacaq. Onun əvəzinə milliyə Xarkov “Lokomotiv”inin universal üzvü Aleksandr Sorokin çağırılıb.

0