Bakı-2015: Gimnastika üzrə test yarışında daha 1 gün geridə qaldı
06.03.2015 - 12:26
Bakı-2015: Gimnastika üzrə test yarışında daha 1 gün geridə qaldı

Gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatının ikinci gününün nəticələri məlum olub. Apasport.az saytının məlumatına görə, Avropa Oyunlarına test xarakteri daşıyan yarışda yığmamızın üzvləri də fəxri kürsüdə yer alıblar.

 

Rusiyalı dünya çempionu Yana Kudryavtseva böyük fərqlə ilə bədii gimnastika üzrə çoxnövçülük yarışının qalibi olub. O, çoxnövçülük yarışını lentlə olan çıxışı ilə yekunlaşdırıb və rəqiblərindən 5 xal çox toplayaraq öz qələbəsini təsdiqləyib.

 

Azərbaycan gimnastı Marina Durunda da adından söz etdirməyi bacarıb. Lakin lentlə olan çıxışından sonra ümumi balda Kudryavtsevanı üstələyə bilməyib və gümüş medala sahib olub.  Gürcüstanlı Salome Pajava, azərbyacanlı Gülsüm Şəfizadə və avstriyalı Nikol Rupreft bürünc medala görə mübarizə aparıblar. Bu mübarizədən Şəfizadə qalib ayrılıb.

 

Rusiya komandası lentlərlə yüksək çıxış nümayiş etdirib və hesab cədvəlinin ən yuxarı pilləsinə yüksəlib. Bu komanda halqalar və gürzlərlə olan 3+2 çıxışında da texniki cəhətdən güclü olduğunu nümayiş etdirərək, sonda qızıl medala sahib olub. Yarışın ikincisi adına Fransa millisi yiyələnib. Azərbaycanın 2 komandası bürünc medal uğrunda mübarizə aparıb. Yekunda üçüncü ilə dördüncü yerin arasında cəmi 0.001 xal fərqi yaranıb.

 

Komandalar akrobatika gimnastikası yarışlarında qarışıq cütlüklər və qruplar kateqoriyalarında mübarizə aparıblar. Bolqarıstan komandası balans və temp hərəkətləri üzrə yarışlarda yüksək çıxış nümayiş etdirərək, 79.549 xal qazanıb və qızıl medala sahib olub. Azərbaycan komandası 0.900 xalla cəzalandırılmasına baxmayaraq, almanları arxada qoyaraq gümüş medala yiyələnib.

 

Qrup çıxışlarında yalnız Azərbaycan və Almaniya təmsil olunub. Almaniya komandasının dinamik və maraqlı çıxışına baxmayaraq, təmsilçimiz 6 xal fərqlə qızıl medal qazanıb.

 

Batut gimnastikasının təsnifat mərhələlərində Portuqaliya həm kişi, həm də qadınlar arasında yarışlarda liderlik edib. Anna Rente qadınlar arasında iki çıxışından sonra ümumilikdə 95.560 xal toplayıb və rəqibləri ilə arasındakı xal fərqini 4-ə çıxarıb. Lakin ABŞ adına yarışan gimnastlar Şayli Dunavin və Nikole Aşinger uğurla çıxış edərək, təsnifat mərhələsində birinci yerdə qərarlaşıblar. Portuqaliyalı gimnast Diogo Abreu millimizin üzvü Oleq Piunov üzərində qələbə qazanaraq, çempion olub. Kişilər arasında sinxron yarışın təsnifat mərhələsində Pedro Ribieiro Ferreira ilə birlikdə komanda yoldaşı Abreu nəticə cədvəlinin ən yuxarı pilləsində yer alıblar.

 

İspaniya gimnastları Sara Moreno və Visente Lli qarışıq cütlüklər yarışında rumıniyalı rəqibləri Lavinia Panaete və Dancian Barnanı 0.150 xal fərqi ilə üstələməyi bacarıblar. İrəlidə olan iki cütlükdən 3 xal arxada olan Azərbaycan cütlüyü üçüncü yerdə qərarlaşıb.

 

Beləliklə, yarışın sonu günü baş tutacaq yarışda rəqabət əsasən iki komanda arasında gedəcək.

 

Qeyd edək ki, yarışa 22 ölkədən 133 gimnast qatılıb.

0