[b]Cahangir Hacıyev Kaxaber Sxadadzenin təyinatına münasibət bildirdi[/b]
06.03.2015 - 12:30
[b]Cahangir Hacıyev Kaxaber Sxadadzenin təyinatına münasibət bildirdi[/b]

“Kaxaber Sxadadze güclü məşqçidi. 7 ildi Azərbaycanda çalışır”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın İcraiyyə Komitəsinin üzvü Cahangir Hacıyev deyib.

 

Bakının “İnter” klubunun fəxri prezidenti bu gün keçirilən AFFA-nın Hesabat Konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Hacıyev “İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin Gürcüstan yığmasında eyni vəzifəyə təyin edilməsinə münasibət bildirib: “Gürcüstan yığmasından dəvət aldı. Belə güclü mütəxəssisi 7 il burada çalışıb. Gürcüstan futbolunun səviyyəsi başqa ölkələrdən aşağı deyil, hətta çoxundan yüksəkdi. Baş məşqçimiz belə bir yığmanın çalışdırıcısı təyin edilib. Sözsüz ki, bu da şərəfdi”.

 

Hacıyev paytaxt təmsilçisinə məşqçi kimi dəvət olunan bosniya və herseqovinalı Marino Pusiçin Sxadadzenin əvəzləməsi ehtimalına da münasibət bildirib: “Sxadadzenin gedişindən sonra yeni baş məşqçinin kim olacağı bilinmir. Buna klubun daxilində keçiriləcək müzakirələrdən sonra aydınlıq gələcək. Komandaya Marino Pusiçi dəvət etmişik. Çünki baş məşqçi dəyişikliyinin mənfi təsir etməməsi üçün məşqçi dəvət etməyi lazım bildik”.

 

İcraiyyə Komitəsinin üzvü Topaz Premyer Liqasının XXV turunun “Neftçi” - “İnter” oyunu haqda qısa danışıb: “Ümid edirik ki, bu qarşılaşmada qazanan Azərbaycan futbolu olacaq”.

 

0