[b]Azərbaycan Peyntbol Federasiyasından xəbərdarlıq![/b]
06.03.2015 - 16:37
[b]Azərbaycan Peyntbol Federasiyasından xəbərdarlıq![/b]

Azərbaycan Peyntbol Federasiyası Peyntbol mövsümünü açıq elan edib. Apasport.az saytının məlumatına görə, ötən il olduğu kimi, bu il də Peyntbol Federasiyası yalnız dövlət orqanları, hüquq-mühafizə orqanları və silahlı qüvvələrlə peyntbol idman növü üzrə əməkdaşlıq edəcək.

 

Gənclərin hərbi vətənpərvərlik sahəsində formalaşdırılması məqsədi ilə federasiya öz fəaliyyətini Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, dövlət orqanları, hüquq mühafizə orqanları, silahlı qüvvələrlə koordinasiya formasında həyata keçirəcək. Gənclər və İdman Nazirliyi və federasiya tərəfindən tanınmayan, kommersiya məqsədi ilə fəaliyyət göstərən, heç bir peyntbol zonaları ilə bu il də əməkdaşlıq edilməyəcək. Federasiya Gənclər və İdman Nazirliyi, o cümlədən Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təsdiq edilmiş rəsmi təqvim planına əsasən, fəaliyyətini dövlət orqanları ilə koordinasiya şəkilində quracaq.

 

Azərbaycan ərazisində fəaliyyət göstərən heç bir peyntbol zonası Peyntbol Federasiyasının adından istifadə edə, federasiyanın bayrağını ərazisində asa və federasiyanın adından danışa bilməz. Heç bir peyntbol zonasına federasiya tərəfindən heç bir status verilməyib. Klubların rəsmi fəaliyyəti yalnız və yalnız qanunvericlikdə nəzərdə tutulmuş qaydada Gənclər və İdman Nazirliyi və federasiya tərəfindən razılaşdırıldığı halda mümkündü.

 

Peyntbol idman növü üzrə istənilən tədbirin keçirilməsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Peyntbol Federasiyası tərəfindən birgə razılaşdırılaraq qəbul edilib və təsdiqlənmiş rəsmi əsasnamə əsasında mümkündü. Peyntbol zonaları tərəfindən hər hansı bir tədbirlərin keçirilməsini federasiya qadağan edir və bu sahədə ictimaiyyətin də mövqeyinə etimad edir. 

0