[b]Erməni nazir: Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak etməliyik[/b]
06.03.2015 - 17:55
[b]Erməni nazir: Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak etməliyik[/b]

“Ermənistanın I Avropa Oyunlarında iştirakı mütləqdir”. Apasport.az saytının “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın idman naziri Qabriel Kazaryan deyib.

 

“Bakıda keçiriləcək Avropa Oyunlarında iştirakımız mütləqdi. Biz bu oyunlarda iştirak etməliyik. Bu, mənim subyektiv fikrimdi”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, Ermənistanın Milli Olimpiya Komitəsi və İdman Nazirliyi hələlik məsələ ilə bağlı rəsmi mövqeyini bildirməyib. 

0