[b]Azad Rəhimov Mikayıl Nərimanoğlunu təbrik etdi[/b]
06.03.2015 - 18:35
[b]Azad Rəhimov Mikayıl Nərimanoğlunu təbrik etdi[/b]

AFFA prezidenti Rövnəq Abdullayev assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, əməkdar jurnalist Mikayıl Nərimanoğlunu 50 illik yubileyi münasibətilə təbrik edib. Apasport.az saytının məlumatına görə, federasiya prezidenti yubilyara cansağlığı və yaradıcılıq uğurları arzulayıb.

 

Rövnəq Abdullayev Mikayıl Nərimanoğlunu AFFA-nın xüsusi diplomu ilə təltif edib.

 

Yubilyarı həmçinin gənclər və idman naziri Azad Rəhimov da təbrik edib. Təbrikdə deyilir: “Sizi – Azərbaycanda futbol idman növünün inkişafında və təbliğində müstəsna xidmətləri olan idman xadimini 50 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz futbol sahəsində fəaliyyətə başladığınız ildən bu günə kimi əzmkarlıqla və yorulmadan çalışmış, futbolun tərəqqisi üçün əlinizdən gələni əsirgəməmisiz. Hal-hazırda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının informasiya və ictimaiyyətlə Əlaqələr departamentinin rəisisiniz. Sizin təşkilatçılıq fəaliyyətiniz çalışdığınız kollektivdə həmişə böyük ruh yüksəkliyi yaradıb və gənc nəslin tərbiyəsində mühüm rol oynayıb. Ölkəmizin idman ictimaiyyəti Sizi təkcə bacarıqlı, peşəkar bir mütəxəssis kimi yox, həm də çox təvazökar, səmimi, qayğıkeş bir insan kimi tanıyır. Sizin təkcə futbol sahəsində deyil, ölkədə fəaliyyət göstərən başqa idman növlərinin inkişafında xidmətlərinizə görə Gənclər və İdman Nazirliyinin Kollekgiyasının qərarına əsasən, “Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adı verilib.

Hörmətli Mikayıl müəllim! Gənclər və İdman Nazirliyinin kollektivi və şəxsən öz adımdan Sizi 50 illik yubileyiniz münasibətilə bir daha ürəkdən təbrik edir, can sağlığı, uzun ömür, xoşbəxtlik, çətin və şərəfli işinizdə yeni-yeni uğurlar arzulayırıq”. 

0