“Xəzər Lənkəran” başladı
06.03.2015 - 20:40
“Xəzər Lənkəran” başladı

Bir günlük istirahətini yekunlaşdıran “Xəzər Lənkəran” Bakıda toplanaraq məşqlərə başlayıb. Apasport.az saytının məlumatına görə, komanda martın 6-da günün birinci yarısında “New Baku” otelində bir araya gəlib.

 

Daha sonra Mərdəkana yollanan “ağ-yaşıllar” “Dalğa Arena” stadionunda məşqə çıxıb. Saat 13:15-də başlayan hazırlıq prossesi saatyarım sürüb. Yüngül zədələri və yorğun olduqları üçün Alfred Sankou və Vyekoslav Tomiç qaçışla kifayətləniblər. Məşqin əsas hissəsi qapılara zərbələr üzərində çalışmalar və Covanni Melkiorenin rəhbəriyi altında müxtəlif fiziki hərəkətlərin yerinə yetirilməsindən ibarət olub.

 

Xatırladaq ki, “Xəzər Lənkəran” Topaz Premyer Liqasının XXV turunda “Qarabağ”ın qonağı olacaq. Oyun martın 8-də (saat 17:00) T.Bəhramov adına stadionda keçiriləcək. (12cioyuncu.info)

0