“Mançester Yunayted”in ispaniyalısı 1-ci oldu
06.03.2015 - 21:28
“Mançester Yunayted”in ispaniyalısı 1-ci oldu

“Mançester Yunayted” azarkeşləri fevral ayının ən yaxşı oyunçusunu seçib. Apasport.az saytının məlumatına görə, fanatlar arasında keçirilən sorğuda “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi Ander Errera birinci olub.

 

İspaniyalı futbolçu 76% səs toplayıb. 25 yaşlı Errera müdafiəçilər Markos Roxo (14%) və Kris Smollinqi qabaqlayıb.

 

Qeyd edək ki, Ander Errera ötən ilin iyununda “Mançester Yunayted”ə “Atletik”dən keçib.

0