“Cırtdanlar”a yeni baş məşqçi təyin edildi
06.03.2015 - 22:40
“Cırtdanlar”a yeni baş məşqçi təyin edildi

Cəbəllütariq millisinin baş məçqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “cırtdanlar”a bundan sonra Devid Uilson rəhbərlik edəcək.

 

40 yaşlı şotlandiyalı mütəxəssis yığmanı AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində ölkəsi Şotlandiya millisinə qarşı hazırlaşdırıcaq. Cəbəllütariq Futbol Assosiasiyası Uilsonla yaya qədər müqavilə bağlayıb. Devid Almaniya ilə matça qədər komandanı çalışdıracaq.

 

Xatırladaq ki, D qrupunda yer alan Cəbəllütariq 0 xalla sonuncu pilləni tutur.

 

Qeyd edək ki, Devid Uilson bir neçə gün əvvəl “cırtdanlar”dan qovulan Allen Bulenin komandada köməkçisi olub.

0