[b]“Rabitə” “Azərreyl”ə yenə qalib gəldi[/b]
07.03.2015 - 20:03
[b]“Rabitə” “Azərreyl”ə yenə qalib gəldi[/b]

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatının IV dövrəsinə start verilib. Apasport.az saytının məlumatına görə, Super Liqasının XVI turunun ilk görüşündə “Azərreyl” “Rabitə” ilə qarşılaşıb.

 

Günün yeganə matçında Azərbaycan çempionu aşkar favorit idi. Zoran Qayiçin baş məşqçi gətirilməsindən sonra bütün görüşlərdə asanlıqla qələbə qazanan “Rabitə”nin yenə xal itirəcəyi inandırıcı görünmürdü.

 

Oyuna yaxşı başlayan “Rabitə” ilk 2 seti qalib tamamlayıb – 21:25. Lakin Zoran Qayiçin yetirmələri 3-cü hissədə “Azərreyl”in müaviməti ilə üzləşib. Eyni hesabla məğlub olan “Rabitə” 4-cü seti də qazanaraq, sensasiyaya imkan verməyib.

 

Beləliklə, aktivinə 3 xal yazdıran son illərin dəyişməz Azərbaycan çempionu ən yaxın izləyicisi “Lokomotiv”dən bir qədər də uzaqlaşıb.

 

Bu komandalar arasında keçirilən ilk 3 dövrədə “Rabitə” rəqibinə set vermədən qalib gəlib.

 

Qeyd edək ki, XVI turun digər – “Lokomotiv” – “Azəryol” matçı martın 11-nə keçirilib.

 

7 mart

XVI tur

“Azərreyl” – “Rabitə” - 1:3 (21:25; 21:25; 25:21; 23:25)

Voleybol Mərkəzi

 

I dövrə: “Rabitə” – “Azərreyl”  - 3:0 (25:20; 25:22; 25:22)
II dövrə: “Azərreyl” – “Rabitə” - 0:3 (8:25; 18:25; 23:25)
III dövrə: “Rabitə” - “Azərreyl” - 3:0 (25:21; 25:5; 25:9)

 

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Rabitə

13

11

2

7

3

1

1

1

0

36-11

1122-932

33

2.

Lokomotiv

12

9

3

4

3

2

1

1

1

30-16

1094-908

26

3.

Azəryol

12

8

4

4

3

1

2

2

0

30-17

1073-989

25

4.

Azərreyl

13

2

10

0

1

1

1

2

8

10-36

913-1088

6

5.

Telekom

12

1

11

0

0

1

1

4

6

9-35

880-1064

3

0