Məmmədyarovlar yenə qələbəyə sevindilər
14.03.2015 - 01:14
Məmmədyarovlar yenə qələbəyə sevindilər

İslandiyada təşkil olunan şahmat üzrə “Reykyavik Open” turnirində V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan həmyerlilərimiz Şəhriyar və Zeynəb Məmmədyarovlar növbəti qələbələrinə seviniblər.

 

Belə ki, islandiyalı Steyn Qretarssonla (2554) üz-üzə gələn Şəhriyar (2756) görüşdən qalibiyyətlə ayrılıb. Zeynəb (2303) isə fransalı Lüks Qreqorini məğlub edərək, xalını 3,5-ə çıxarıb. Şəhriyarın aktivində isə 5 xal var.

0