Olimpiya çempionu öldü
22.03.2015 - 22:46
Olimpiya çempionu öldü

Bolqarıstan ağır atletika millisinin üzvü Milan Dobrev dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, 35 yaşlı idmançı həyatla vidalaşıb.

 

Yaxınları Dobrevi ölü vəziyyətdə tapıblar. Onun infarktdan dünyasını dəyişdiyi bildirilir.

 

Qeyd edək ki, Milan Dobrev 2004-cü ildə Afinada keçirilmiş Olimpiadada qızıl medala yiyələnib.

0