Böyükağa Hacıyev: Yəqin onların oynadığı futbol Prosineçkiyə sərf etmir
25.03.2015 - 12:48
Böyükağa Hacıyev: Yəqin onların oynadığı futbol Prosineçkiyə sərf etmir

“Robert Prosineçki millimizə təzə gəlsə də, ondan çox şey gözləmək lazımdı. Çünki əvvəlki məşqçidən fərqli olaraq, o, ürəkli futbol oynadır”. Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib.

 

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində millimizin martın 28-də Malta ilə keçirəcəyi oyunu dəyərləndirən Hacıyev maraqlı fikirlər səsləndirib. O, bu görüşdə qələbə qazanmağa borclu olduğumuzu bildirib: “Qələbədən başqa istənilən nəticə bizim üçün uğursuzluq sayılacaq. Əgər Maltanı da uda bilmiriksə, kimi udacağıq? Rəqib bizə tanışdı. Onlara yoldaşlıq oyununda 3:0 hesabı ilə qalib gəlmişik. Deməli, bu dəfə də Maltanı məğlub etməliyik. Fikrimcə, millidə görmədiklərimizi görəcəyik. Prosineçkinin hücum futbolu oynadacağına inanıram”.

 

Hacıyev söhbət əsnasında sabiq komandası “Neftçi”dən heç bir oyunçunun milliyə dəvət almamasına da toxunub. “Zəif” ləqəbli mütəxəssis bu məsələdə Prosineçkini qınamır: “Yəqin onların oynadığı futbol Prosineçkiyə sərf etmir. Və yaxud ola bilsin ki, “Neftçi”nin milli üzvləri yaxşı formada deyillər. Millinin baş məşqçisi var və heyəti o qurur. Həqiqətən də, futbolda ən vacib məqam seleksiya işidi. Çağırdığı futbolçuların özlərini doğruldub-doğrultmayacağı böyük önəm kəsb edir”.

 

Tengiz MƏMMƏDOV

 

 

 

 

0