Mahir Şükürov: Maltanın heyəti güclənib - MÜSAHİBƏ
25.03.2015 - 16:19
Mahir Şükürov: Maltanın heyəti güclənib - MÜSAHİBƏ

Milli komandamızın və Türkiyənin “Karşıyaka” klubunun müdafiəçisi Mahir Şükürov bu gün yığmanın məşqindən öncə jurnalistlərin suallarını cavablandırıb.

 

- Malta ilə oyundan öncə yığmanın düşərgəsində ab-hava necədi?

- Komandada vəziyyət yaxşıdı. Qarşıda çətin oyunumuz var. Məşqlərdə var gücümüzlə çalışırıq. Prosineçkinin dediklərini öyrənmək istəyirik. İnanıram ki, səylərimiz nəticə verəcək və Malta ilə oyun bizim üçün uğurlu olacaq.

 

- Sizcə, Maltaya qalib gələ biləcəyikmi?

- Qalib gəlməyimiz lazımdı. Düzdü, futbolda sürprizlər çox olur. Xal itirə də bilərik. Amma düşünürəm ki, öz oyunumuzu oynasaq, qələbə qazanacağıq.

 

- Malta ilə oyunda qələbədən başqa heç bir nəticə yığmamızı qane etməyəcək. Bu fikirlə razısızmı?

- Bunu biz də bilirik. Çalışmalıyıq ki, azarkeşlərimizi qələbə ilə sevindirək və onları stadionlara qaytaraq.

 

- Rəqib haqda hansı məlumatlara sahibsiniz?

- Bu gün Malta Gürcüstan yığması ilə yoxlama oyunu keçirəcək. Həmin görüşdən sonra baş məşqçi bizə bütün lazımi məlumatları verəcək. Onlara bir dəfə yoxlama oyununda qalib gəlmişik. Amma geridə qalan müddətdə Maltanın heyəti güclənib.

 

- Robert Prosineçki ilə Berti Foqts arasında nə kimi fərqlər var?

- Prosineçki hücum futbolunun tərəfdarıdı. Düzdü, onun rəhbərliyi altında hələ rəsmi oyuna çıxmamışıq. Amma məşqlərdən görünür ki, hücum futbolunu tələb edir.

 

- Özünüz Malta ilə oyuna hazırsınızmı?

- Bəli, hazıram. Əvvəl kiçik zədəm var idi. Amma indi hər şey qaydasındadı.

 

0