Joze Mourinyo “Latsio”nun yarımmüdafiəçisini istəyir
25.03.2015 - 22:32
Joze Mourinyo “Latsio”nun yarımmüdafiəçisini istəyir

“Çelsi” “Latsio”nun yarımmüdafiəçisi Felipe Andersonu transfer etmək istəyir. Apasport.az saytının məlumatına görə, 21 yaşlı braziliyalı futbolçu “zadəganlar”ın baş məşqçisi Joze Mourinyonun da maraq dairəsinə düşüb.

 

Portuqaliyalı çalışdırıcı Andersonun keçidinin rəsmiləşdirmək niyyətindədi. “Çelsi”dən başqa, Andersonu "Mançester Siti" və "Mançester Yunayted" də heyətinə qatmaq istəyir.

 

Xatırladaq ki, Felipe Anderson ötən həftə “Latsio” ilə 2020-ci ilə qədər müqavilənin müddətini uzadıb.

0