[b]İngiltərə qalib gəldi, yığmamız məğlubiyyətlə başladı [/b]
27.03.2015 - 00:23
[b]İngiltərə qalib gəldi, yığmamız məğlubiyyətlə başladı [/b]

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda mübarizə aparacaq Azərbaycan yığması ilk sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, Fransada mübarizə aparan millimiz ilk görüşünü meydan sahiblərinə qarşı keçirib.

 

Matçda komandamız uduzub - 2:0. Hər 2 topu Kinqsley Koman qapıçımız Tolqa Şahinin qoruduğu qapıdan keçirib.

 

Qrupun digər oyununda isə İngiltərə və Danimarka yığmaları qarşılaşıb. 5 qolun vurulduğu görüşdə Böyük Britaniya təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, AÇ-2015-in final mərhələsi 6-19 iyul aralığında Yunanıstanda keçiriləcək.

 

 

26 mart

İngiltərə - Danimarka - 3:2

Qollar: Braun, 33, Pedersen, 45+1-avtoqol, Smit-Braun, 82 - İnqvartsen, 7, Skov, 41

Hakimlər: Marko Quida, Andrea Krispo (hər ikisi İtaliya), Stefan Luzi, Benoi Millo (hər ikisi Fransa)

Bayo. “Anri Jane” stadionu.

 

Fransa – Azərbaycan - 2:0

Qollar: Koman, 61; 90

Hakimlər: Nikola Dabanoviç, Corcjije Raznatoviç (hər ikisi Çernoqoriya), Vital Yobin, Andrien Yakkottet (hər ikisi İsveçrə)

Sent-Lo. "Luis Villemer" stadionu

Fransa: 16. Kamara, 4. Diaxabi, 5. Diallo, 14. Lukas, 6. Kemen (k), 8. Kiliç, 13. Blin, 7. Korne, 10. Koman, 11. Maupay, 12. Girassi

Ehtiyat oyunçular: 1. Eskales, 3. Senzemba, 15. Pavard, 9. Nomo, 17. Tusart, 18. Huri

Baş məşqçi: Patrik Qonfalone

 

Azərbaycan: 12. Tolqa Şahin, 2. İlyas Səfərzadə, 3. Qazıməhəmməd Qurbanov, 5. Renat Ağaverdiyev, 14. Yusif Nəbiyev, 6. Budaq Nəsirov, 8. Mirkamil Həşimli, 9. Fəhmin Muradbəyli, 17. Qismət Əliyev, 7. Mahir Mədətov (k), 23. Vadim Ağarəhimov

Ehtiyat oyunçular: 1. Ağaseyid Qasımov, 11. Roman Hüseynov, 16. Emin Zamanov, 21. İlkin Sadıqov, 13. Elgün Uluxanov, Bəhlul Mustafazadə, 10. Elnur Cəfərov

Baş məşqçi: Nikolay Adam

0