İspaniya Kral Kubokunun final matçının məkanı müəyyənləşdi
26.03.2015 - 00:24
İspaniya Kral Kubokunun final matçının məkanı müəyyənləşdi

İspaniya Kral Kubokunun final matçının məkanı bəlli olub. Apasport.az saytının məlumatına görə, mayın 30-da “Barselona” və “Atletik” arasında baş tutacaq həlledici qarşılaşma “Nou Kamp” stadionunda keçiriləcək.

 

Daha əvvəl iki klub oyunun sözügedən arenada keçirilməsi ilə bağlı razılaşa bilməyirdi. Sonda İspaniya Futbol Federasiyası bu haqda qərar qəbul edib.

 

Qeyd edək ki, bir müddət əvvəl “Barselona” və “Atletik” final matçının “Santyaqu Bernabeu”da reallaşmasını istəsə də, “Real” rəhbərliyi onlara edilən müraciətə rədd cavabı vermişdi.

0