Yığmamız Portuqaliya ilə bacarmadı
26.03.2015 - 12:49
Yığmamız Portuqaliya ilə bacarmadı

Portuqaliyanın Porto şəhərində 16 yaşadək futbolçular arasında beynəlxalq turnirə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan millisi ilk qarşılaşmada meydan sahibləri ilə üz-üzə gəlib.

 

Portuqaliya yığması Təbriz Həsənovun yetirmələrinin qapısından 5 cavabsız qol keçirib. İlk turun digər oyununda Rusiya millisi Porto regionunun komandasına qalib gəlin – 2:1.

 

Qeyd edək ki, sabah keçiriləcək II turda yığmamız Rusiya ilə üz-üzə gələcək.

 

0