Merin müavini millimizlə görüşüb
26.03.2015 - 16:41
Merin müavini millimizlə görüşüb

Fransanın Caenın Ouisterham vilayətinin merinin idman və insan resursları üzrə müavini Jan-Klod Poilpot Avropa çempionatının elit-raund mərhələsinin oyunları üçün bu şəhərdə olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsini ziyarət edib. Apasport.az saytının məlumatına görə, U-19-un məşqini izləyən qonaq Azərbaycan nümayəndə heyətinin rəhbəri, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla görüşüb.

 

Merin müavini qarşıdakı oyunlarda yığmamıza uğurlar arzulayıb. Sadıqov öz növbəsində yüksək qonaqpərvərliyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib.

 

Mənbə: affa.az

0