“İnter” “Bakı”ya qalib gəldi
26.03.2015 - 17:09
“İnter” “Bakı”ya qalib gəldi

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən “İnter” və “Bakı” yoxlama oyununda üz-üzə gəlib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçilərinin duelinin taleyini 1 qol həll edib.

 

"Bakı"nın təlim-məşq bazasında baş tutan qarşılaşmada bu qola sevinən qonaqlar olub.

Oyunda yeganə qolu Nizami Hacıyev vurub. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Bakı” yoxlama oyunundan da məğlub ayrılıb.

0