Con Terri daha 1 il də “Çelsi”də!
26.03.2015 - 22:48
Con Terri daha 1 il də “Çelsi”də!

“Çelsi”nin müdafiəçisi Con Terri daha 1 il də London klubunda forma geyinəcək. Apasport.az saytının məlumatına görə, “zadəganlar”ın canlı əfsanəsi komandası ilə müqavilənin müddətini 2015/2016 mövsümünün sonuna qədər uzadıb.

 

Terrinin hazırkı müqaviləsi cari mövsümü sonu başa çatacaqdı.

 

Qeyd edək ki, Con Terri 1998-ci ildən “Çelsi”də çıxış edir. 17 ildir londonluların şərəfini qoruyan 34 yaşlı futbolçu 661 matçda meydana çıxıb və 63 qola imza atıb. İngiltərənin üçqat çempionu, ölkən kubokunun beşqat sahibi olan Terri, bir dəfə də Çempionlar Liqasını qazanıb. O, cari mövsümdə Premyer Liqada 29 oyunda forma geyinib və rəqib qapılarından 3 top keçirib. 

0