[b]Jan Pol Farruqia: Ümid edirik ki, sabah uğurlu nəticə əldə edəcəyik[/b]
27.03.2015 - 11:57
[b]Jan Pol Farruqia: Ümid edirik ki, sabah uğurlu nəticə əldə edəcəyik[/b]

“Komandada pozitiv enerji var. Baş məşqçi bizi taktiki cəhətdən yaxşı hazırlayıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri Malta millisinin futbolçusu Jan Pol Farruqia deyib.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sabah Azərbaycana qarşı keçiriləcək oyun haqda danışan hücumçu qarşılaşmanın çətin keçəcəyini düşünür: “Gürcüstanla oyun bizim üçün yaxşı sınaq oldu. Məqsəd bu görüşə hazırlaşmaq idi. Xal qazanmaq fikrimiz yox idi. Biz komandanın son durumuna baxmaq istəyirdik. Ümid edirik ki, sabah uğurlu nəticə əldə edəcəyik. Bunun çətin olacağını da bilirik”.

0