[b]Azərbaycan Malta ilə görüşdə aşkar favoritdi[/b]
27.03.2015 - 12:52
[b]Azərbaycan Malta ilə görüşdə aşkar favoritdi[/b]

“Topaz” Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan – Malta oyununun əmsalını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ölkəmizdə fəaliyyət göstərən yeganə mərc oyunları operatoru sabah baş tutacaq qarşılaşmada Robert Prosineçkinin yetirmələrini favorit sayır.

 

Belə ki, “Topaz” Azərbaycan millisinin qələbəsini 1,50 əmsalla qiymətləndirdiyi halda, Maltanın 3 xal qazanmasına 4,80 əmsa verib. Görüşdə heç-heçə isə 3,60 əmsaldı.

 

Qeyd edək ki, “Topaz” proqramında 243 kodu ilə göstərilən matç saat 21:00-da başlayacaq.

0