“Ən yaxşı oyunumuzu Bakıda göstərəcəyik” - FOTO
27.03.2015 - 17:58
“Ən yaxşı oyunumuzu Bakıda göstərəcəyik” - FOTO

“CEV kubokunun yarımfinal mərhələsinin “Dinamo” ilə ilk qarşılaşmasından sonra çox gərgin qrafiklə məşq etmişik. Əminəm ki, Krasnodarda nümayiş etdirə bilmədiyimiz ən yaxşı oyunumuzu Bakıda göstərəcəyik”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Aurea Kruz deyib.

 

Komandasının kapitanı CEV kubokunun yarımfinal mərhələsinin Krasnodar “Dinamo”su ilə cavab oyunu öncəsi iddialı danışıb. Azərbaycan çempionu bildirib ki, əsas məqsədləri 1:3 hesabı ilə uduzduqları ilk qarşılaşmadakı səhvləri təkrarlamamaqdı: “Orada həqiqətən də səhvlərə yol verdik. Lakin Bakıda bu təkrarlanmayacaq. “Dinamo” ilə oyun çox vacibdi və biz həmin qarşılaşmada qələbəyə ümid edirik”.

 

Qeyd edək ki, “Rabitə” – “Dinamo” oyunu sabah saat 17:00-da başlayacaq.

0