“Mançester Yunayted”dən “Arsenal”a rədd cavabı
27.03.2015 - 22:18
“Mançester Yunayted”dən “Arsenal”a rədd cavabı

“Mançester Yunayted” mərkəz müdafiəçisi Kris Smollinqi satmaq niyyətində deyil. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” 25 yaşlı arxa xətt oyunçusunu istəyən “Arsenal”a rədd cavabı veriblər.

 

Yayda yeni müdafiəçi ilə güclənmək niyyətində olan Mançester təmsilçisi Smollinqi komandada saxlayır.


Qeyd edək ki, Kris Smollinq cari mövsümdə “Mançester Yunayted”də 22 matçda forma geyinib və bu oyunların 18 görüşündə meydana start heyətdə çıxıb. 

0