[b]Yığmamızın rəqibinin heyətidə daha bir futbolçu sıradan çıxdı[/b]
28.03.2015 - 00:01
[b]Yığmamızın rəqibinin heyətidə daha bir futbolçu sıradan çıxdı[/b]

AVRO-2016-nın seçmə mərhələsində millimizin rəiblərindən olan İtaliya yığası Bolqarıstanla oyuna ciddi itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, baş məşqçi Antonio Konte daha bir aparıcı futbolçunun xidmətindən yararlana bilməyəcək.

 

Belə ki, “Skuadra Adzurra”nın yarımmüdafiəçisi Klaudio Markizio bolqarlarlara oyuna hazırlıq zamanı zədələnib. “Yuventus”un futbolçusunun xaçşəkilli bağlarının qırılması aşkarlanıb. Onun uzun müddətlik yaşıl meydanlardan kənarda qalacağı bildirilib. 29 yaşlı oyunçu üçün mövsüm erkən başa çatıb.

 

Xatırladaq ki, “Skuadra Adzurra”nın müdafiəçisi Manuel Paskual da qabırğasından zədələnərək komandanın düşərgəsini tərk edib.

 

Qeyd edək ki, İtaliya bu gün Sofiyada Bolqarıstanla, martın 31-də isə İngiltərə ilə qarşılaşacaq.

0