[b]Azarkeş İqor Akinfeyevi vurdu: Monteneqroda matç dayandırıldı - FOTO[/b]
28.03.2015 - 00:05
[b]Azarkeş İqor Akinfeyevi vurdu: Monteneqroda matç dayandırıldı - FOTO[/b]

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində səfərdə Monteneqro yığması ilə qarşılaşan Rusiya millisinin qapıçısı İqor Akinfeyev zədələnib. Apasport.az saytının məlumatına görə, oyun başlayan zaman meydan sahiblərinin azarkeşləri tribunadan 28 yaşlı qolkiperə fişəng atıb.

 

Nəticədə, başından zədə alan Akinfeyev xərəklə meydançanı tərk edib.

 

Hazırda qarşılaşa yarımçıq dayandırlıb.

0