[b]Çexiya xal itirdi, Uels lider oldu, Türkiyə qələbəni əldən verdi [/b]
29.03.2015 - 01:42
[b]Çexiya xal itirdi, Uels lider oldu, Türkiyə qələbəni əldən verdi [/b]

AVRO-2016-nın seçmə mərhələsində V turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, millimizin qrupu ilə yanaşı, daha 6 qarşılaşma baş tutub.

 

Turun ikinci günü qonşu Türkiyə yığması çətin sınaq qarşısına çıxıb. “Ay-ulduzlular” səfərdə  Hollandiya ilə görüşüb. 37-ci dəqiqədə Burak Yılmazın qolu ilə fasiləyə üstün yollanan Fatih Terimin yetirmələri son dəqiqələrdə qələbəni əldən verib. 90+3-cü dəqiəqədə “Qalatasaray”ın futbolçusu Uesli Sneyder komandasını məğlubiyyətdən xilas edib – 1:1.

 

B qrupunda tura liderlərin dueli ilə start verilib. Belə ki, İsrail Uelsi sınağa çəkib. Qonaqlar 0:3 hesabı ilə qalib gəlib.

 

Seçmə mərhələyə uğursuz başlayan Bosniya və Herseqovina səfərdə Andorranın qonağı olub. Bu dəfə də qonaqlar eyni hesabla meydan sahiblərini üstələyib – 0:3.

 

Evdə Kiprlə münasibətərinə aydınlıq gətirən Belçika isə darmadağınlı qələbəyə sevinib. Matç 4:0 hesabı ilə belçikalıların qalibiyyəti ilə başa çatıb.

 

Qeyd edək ki, H qrupunda yer alan millimiz Bakıda Maltaya 2:0 hesabı ilə qalib gəlib. Yığmamızın rəqibləri Xorvatiya Norveçi darmadağın edib (5:1), İtaliya Bolqarıstanla “sülh bağlayıb” – 2:2.

 

 

AVRO-2016-nın seçmə mərhələsi, V tur

A qrupu

28 mart

Qazaxıstan – İslandiya - 0:3

Qollar: Qudyonsen, 21, Byarnason, 32; 90+1

 

Çexiya – Latviya - 1:1

Qollar: Pilar, 90 - Visnakovs, 30

 

Hollandiya – Türkiyə - 1:1

Qollar: Sneyder, 90+3 - Burak, 37 

 

 

1.

Çexiya

5

4

1

0

11:6

13

2.

İslandiya

5

4

0

1

12:2

12

3.

Hollandiya

5

2

1

2

11:6

7

4.

Türkiyə

5

1

2

2

6:8

5

5.

Latviya

5

0

3

2

2:11

3

6.

Qazaxıstan

5

0

1

4

4:13

1

 

 

B qrupu  

İsrail - Uels - 0:3

Qollar: Remsi, 45+1, Beyl, 50; 77

 

Andorra - Bosniya və Herseqovina - 0:3

Qollar: Dzeko, 13; 49; 62

 

Belçika – Kipr- 5:0

Qollar: Fellaini, 21; 66, Benteke, 35, Azard, 67, Batşuayi, 81

 

 

1.

Uels

5

3

2

0

7:2

11

2.

İsrail

4

3

0

1

9:5

9

3.

Belçika

4

2

2

0

12:1

8

4.

Kipr

5

2

0

3

9:10

6

5.

Bosniya və Herseqovina

5

1

2

2

5:6

5

6.

Andorra

5

0

0

5

2:20

0

0