[b]Sxadadze Gürcüstanda Azərbaycandan danışdı[/b]
28.03.2015 - 10:35
[b]Sxadadze Gürcüstanda Azərbaycandan danışdı[/b]

“Mən Azərbaycanda çalışdığım illər ərzində onların futbolunda ciddi dəyişikliklər oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

 

Hazırda həmçinin Gürcüstan yığmasını da çalışdıran təcrübəli mütəxəssis UEFA-nın rəsmi saytına müsahibəsində Azərbaycan futbolu barədə də danışıb. O, ölkəmizdə futbolun inkişafda olduğunu bildirib: “Klublara əcnəbi futbolçu axını oldu ki, bu da yerli oyunçulara özlərini inkişaf etdirmək baxımından müsbət təsir etdi. Son illər Azərbaycanın iki klubu Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazandı. Düzdü, bu tərəqqi milli komanda səviyyəsində müşahidə olunmayıb. Lakin yığmalarına böyük ümidlərlə yeni baş məşqçi gətiriblər”.

 

Kaxa “İnter”dəki fəaliyyətindən də bəhs edib: “İnter”də mənə tam səlahiyyət verildiyi və sərbəst çalışmaq imkanı yaradıldığı üçün klubun sahibi Cahangir Hacıyevə minnətdaram. O mənə həmişə güvəndi. “İnter”də çox rahat idim. “İnter”dəki karyeramın uğurlu alındığını deməliyəm, orda titullar qazandım. Təbii ki, bəzi səhvlərim də oldu. İndi isə yeni macəraya ehtiyacım var”.

0