Xaviyə milli komandanın baş məşqçiliyi təklif olundu
28.03.2015 - 12:00
Xaviyə milli komandanın baş məşqçiliyi təklif olundu

“Barselona”nın yarımmüdafiəçisi Xavi Ernandes mövsümün sonunda Kataloniya klubundan ayrılacaq. Apasport.az saytı xəbər verir ki, veteran futbolçu karyerasını Qətərdə davam etdirə bilər.

 

Bu ölkənin “Əl-Sadd” klubu ulduz futbolçuya 3 illik müqavilə təklif edib. O, bu təklifi qəbul etsə, illik məvacibi 10 milyon avro təşkil edəcək. Hazırda Qətərdə futbol infrastrukturu ilə maraqlanan Xaviyə karyerasını bitirdikdən sonra orda qalıb futbol akademiyasında çalışmaq və məşqçilik lisenziyası almaq da təklif edilib.

 

Bütün bunlar onu Qətər millisinin “sükanı arxası”na gətirmək üçündü. Belə ki, yerli federasiya 2022-ci ildə məhz bu ölkədə keçiriləcək dünya çempionatında milli komandanın baş məşqçisi vəzifəsini Xavinin tutmasını istəyir.

0