“Neftçi” yenə diqqətdən kənarda qaldı
28.03.2015 - 12:22
“Neftçi” yenə diqqətdən kənarda qaldı

Topaz Premyer Liqasında XXVII turun iki oyunu televiziya vasitəsilə canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, aprelin 1-də baş tutacaq qarşılaşmalardan biri “İdman Azərbaycan”, biri isə AzTV vasitəsilə azarkeşlərə canlı təqdim ediləcək.

 

Turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan “Qarabağ”la “İnter”in dueli 18:00-da başlayacaq və “İdman Azərbaycan” kanalında canlı yayımlanacaq. Avrokuboklara iddia edən “Simurq”la AZAL-ın oyununu isə AzTV təqdim edəcək.

 

Bundan əlavə, azarkeşlər həmin gün baş tutacaq “Xəzər Lənkəran” – “Sumqayıt” görüşünə “Lənkəran TV” saytı vasitəsilə tamaşa edə biləcəklər.

 

XXVII turun yalnız “Neftçi” – “Bakı” matçı diqqətdən kənarda qalacaq.

0