[b]“Qarabağ” “Bakcell Arena”ya köçür[/b]
28.03.2015 - 12:47
[b]“Qarabağ” “Bakcell Arena”ya köçür[/b]

Azərbaycan çempionatının lideri “Qarabağ” aprelin 1-də sonuncu dəfə Tofiq Bəhramov adına Respublika stadionuna ayaq basacaq. Apasport.az saytının məlumatına görə, həmin matçdan sonra mərkəzi arena Avropa Oyunları Əməliyyat Komitəsinin sərəncamına veriləcək.

 

Ağdam klubu mövsümün son 4 ev oyununu “Neftçi”nin stadionu “Bakcell Arena”da keçirəcək. Belə ki, “köhlən atlar” çempionatın XXIX turunda AZAL-ı, XXXI turunda “Neftçi”ni, XXXIV turunda isə “Sumqayıt”ı 8-ci km stadionunda qonaq edəcək. Həmçinin ölkə kubokunun yarımfinalında “Simurq”la qarşılaşma da orda keçiriləcək.

 

“Qarabağ”ın “Bakcell Arena”ya köçməsi “Neftçi”nin planlarına təsir etməyəcək. Çünki mövsümün qalan hissəsində bu komandaların ev oyunları eyni turda baş tutmayacaq.

 

Qeyd edək ki, Avropa Oyunları zamanı Tofiq Bəhramov adına Respublika stadionunda komandan oxatma yarışları keçiriləcək.

0