Dani Alveş Parisdə ev axtarır
28.03.2015 - 16:14
Dani Alveş Parisdə ev axtarır

“Barselona”nın müdafiəçisi Dani Alveş PSJ-yə keçməyə hazırlaşır. Apasport.az saytı xəbər verir ki, braziliyalı futbolçu artıq Parisdə ev axtarışına da başlayıb.

 

Daha doğrusu, Alveşin həyat yoldaşı Dinora Santana futbolçunun meneceri ilə birlikdə hazırda Parisdə villa axtarışındadı. Bu isə ulduz futbolçunun yayda PSJ-yə keçəcəyini bir daha təsdiqləyir.

 

Qeyd edək ki, Dani Alveşin PSJ ilə 3 illik müqavilə bağlaması və ilinə 9 milyon avro maaş alması gözlənilir.

0