“Xəzər Lənkəran” günü 2 məşqlə tamamladı
28.03.2015 - 19:21
“Xəzər Lənkəran” günü 2 məşqlə tamamladı

Topaz Premyer Liqasının XXVII turunda doğma meydanda “Sumqayıt”la qarşılaşacaq “Xəzər Lənkəran” növbəti məşqini keçirib. Apasport.az saytının məlumatına görə, komanda öncədən planlaşdırıldığı kimi bu gün də iki dəfə məşq edib.

 

Saat 11:00 və 17:00-dan etibarən ehtiyat meydançada baş tutan hazırlıq prossesləri ümumilikdə 4 saata yaxın davam edib. Covanni Melkiore zədəli futbolçu Ruslan Cəfərovla ayrıca fərdi qaydada məşğul olunca, komanda gün ərzində toplu çalışmalara və taktiki hazırlığa daha çox vaxt ayırıb.

 

Bir gün əvvəl olduğu kimi yenə də milli komandaların düşərgələrində olan üç futbolçu məşqə qatılmayıblar. (12cioyuncu.info)

0