Azarkeşlər rəqibimizin baş məşqçisini hədələdi
28.03.2015 - 21:11
Azarkeşlər rəqibimizin baş məşqçisini hədələdi

İtaliya millisinin heyətində zədə alan Klaudio Markizioya görə baş məşqçi Antonio Konte tənqid atəşinə tutulub. Apasport.az saytı xəbər verir ki, zədə səbəbindən AVRO-2016-nın seçmə mərhələsində Bolqarıstanla oyunu buraxacaq 29 yaşlı oyunçunun azarkeşləri təcrübəli çalışdırıcını ittiham edib.

 

Bu haqda İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkionu bildirib. Ötən gün komandanın düşərgəsində zədələnən Markizio mövsümün sonuna qədər meydana çıxa bilməyəcək. Buna əsəbləşən bir qrup “Yuventus” azarkeşi sosial şəbəkələrdə Konteni hədələyib.

 

Qeyd edək ki, AVRO-2016-nın seçmə mərhələsində rəqiblərimizdən olan İtaliya bu gün Sofiyada Bolqarıstanın qonağı olacaq. “Skuadra Adzurra” martın 31-də İngiltərə ilə qarşılaşacaq.

0