[b]"Bu, uğurun başlanğıcıdı"[/b] - AFFA prezidenti
28.03.2015 - 23:26
[b]"Bu, uğurun başlanğıcıdı"[/b] - AFFA prezidenti

“Malta zəif komanda deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

 

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin Bakıda Malta üzərində qazandığı 2:0 hesablı qələbədən danışan assosiasiya rəhbəri komandamızın tarix yazdığını düşünür: “Malta seçmə mərhələdə Bolqarıstan yığmasından xal almağı bacrıb. Komandamız tarix yazdı. Çünki ilk dəfə millinin “sükanı arxası”na keçən baş məşqçi Robert Prosineçki debüt matçında qələbə qazanıb. Bu, uğurun başlanğıcıdı. Hər kəsi təbrik edirəm. Qələbəyə görə çox sevinirəm”.

 

0