[b]“Erkən qol vurduğumuz üçün risk etmək istəmirdik” [/b]- Qara Qarayev
29.03.2015 - 00:00
[b]“Erkən qol vurduğumuz üçün risk etmək istəmirdik” [/b]- Qara Qarayev

“Seçmə mərhələyə uğursuz başlamışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri milli komandamızın futbolçusu Qara Qarayev deyib.

 

O, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının Bakıda Malta üzərində qazandığı 2:0 hesablı qələbəyə şərh verib: “Ardıcıl 4 məğlubiyyətdən sonra qələbəyə ehtiyacımız var idi. Allaha şükür, azarkeşlərin də dəstəyi ilə bunu bacardıq. Oyunun çətin keçəcəyini bilirdik. Malta oyuna 5 müdafiəçi ilə başladı. Sonradan hesabda geri düşüncə, risk edib 4 müdafiəçi ilə oynadılar. Ağır qələbə oldu. Malta da bizə çətin anlar yaşatdı. Təhlükəli hücumları oldu. Erkən qol vurduğumuz üçün risk etmək istəmirdik. Top saxlamağa və hücumu arxadan qurmağa çalışdıq. İlk qol da bunun bəhrəsi idi. Baş məşqçi sakit oynamağa tapşırmışdı.  Biz də təmkinlə oynadıq, tələsmədik. Bunun da nəticəsində son dəqiqədə daha bir dəfə fərqlənib, qələbə qazandıq”.

 

0